MEDİA HÜQUQU İNSTİTUTUNUN PROQRAM KOORDİNATORU BAŞ POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

Bu gün (21 iyul) Media Hüququ İnstitutunun (MHİ) proqram koordinatoru Xalid Ağəliyev Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Xalid Ağəliyevin sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin qəbulunda olub. O qeyd edib ki, həmçinin görüşdə Bakı Şəhər Prokurorunun müavini Fazil Həsənəliyev də iştirak edib. “Çağırılmağımın səbəbi MHİ-nin dünən yaydığı 2010-cu ildə Azərbaycanda medianın hüquqi durumu – Yarımillik Hesabat olub. 1 saat davam edən görüşdə xüsusilə hesabatda jurnalistlərə qarşı təzyiqlər və basqılarla bağlı hissəyə aid suallar verdilər. Onlar bildirdilər ki, jurnalistlərə qarşı təzyiqləri araşdırırlar və vurğuladılar ki, təzyiq faktları ilə bağlı statistik rəqəmlər onlarda şübhə yaradır. Mən isə bildirdim ki, bu statistika mediada dərc olunan məlumatlara əsasən tərtib olunub” – deyə X.Ağəliyev bildirdi. O, əlavə etdi ki, Yaşar Əliyev və Fazil Həsənəliyev belə hesabatları hazırlayarkən Azərbaycanın imicinə ziyan vurmamaq üçün ehtiyatlı olmağı tövsiyə ediblər. 

Previous Post

AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİ “HƏSƏN BƏY ZƏRDABİ” MÜKAFATINI TƏQDİM EDİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.