“AZƏRBAYCAN JURNALİSTLƏRİNİN AZAD HƏMKARLAR KLUBU” İCTİMAİ BİRLİYİ TƏSİS EDİLDİ

Bu gün (16 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Milli Yol” qəzeti və “Poliqon” İnformasiya Agentliyinin baş redaktoru Şahin Ağabəyli Azərbaycanda jurnalistlərin müdafiəsi ilə bağlı yeni təşkilat yaratması ilə əlaqədar mətbuat konfransı keçirdi.

“Azərbaycan Jurnalistlərinin Azad Həmkarlar Klubu” adlanan təşkilatla bağlı məlumat verən Ş. Ağabəyli bildirdi ki, təşkilatın yaradılmasında əsas məqsəd jurnalistlərin istismarının qarşısını almaq, onların hüquqlarının pozulması ilə bağlı ətraflı məlumat toplamaq və informasiya yaymaqdır. “Jurnalistləri işə götürərkən onlarla əmək müqavilələri bağlanmır ki, bu da ən böyük hüquq pozuntularından biridir. Buna görə də baş redaktorlarla görüşlər keçirəcək və bu problemlərin aradan qaldırılmasına kömək edəcəyik”.
Ş.Ağabəyli həmçinin qeyd etdi ki, RATİ, ASİ klub və digər jurnalist qurumları, o cümlədən mətbu orqanlarla da əməkdaşlıq edəcəklər. Klubun fəaliyyəti, toplanmış informasiya Pia.az saytı vasitəsilə ictimaiyyətə çatdırılacaq.
Previous Post

ELAN!

Next Post

SƏHHƏTİ KƏSKİN PİSLƏŞƏN MÜŞFİQ HÜSEYNOV MÜALİCƏ MÜƏSSİSƏSİNƏ YERLƏŞDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.