“Bizim Yol” qəzetinin əməkdaşı, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynovun səhhəti ağırlaşdığından 2 gün əvvəl müalicə müəssisəsinə yerləşdirilib.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Müşfiq Hüseynovun qardaşı oğlu Cavidan Hüseynov məlumat verib. Onun sözlərinə görə, M.Hüseynov bu gün (16 oktyabr) ailəsi ilə telefon əlaqəsi saxlayıb:
“Müşfiq Hüseynov bildirdi ki, ilk öncə ona səhhəti ilə bağlı 6 ay müalicə kursu təyin olunsa da, müalicə müəssisəsində ona 9 aylıq müalicə kursu təyin ediblər”.
Məsələ ilə əlaqədar olaraq Ədliyyə Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmətin özünü təqdim etməyən əməkdaşı bildirdi ki, M.Hüseynovda vərəm xəstəliyinin kəskinləşməsi səbəbilə o, Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb və müalicəsini burada davam etdirəcək.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də şərlənərək həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.