BEYNƏLXALQ MƏTBUAT AZADLIĞI GÜNÜ MÜNASİBƏTİLƏ TOPLANTI KEÇİRİLİB

Mayın 3-də Mətbuat Şurasının ofisində 3 may-Beynəlxalq  Mətbuat Azadlığı günü ilə bağlı tədbir keçirilib.
 YUNESKO-nun əməkdaşı təmsil etdiyi qurumun təbrikini oxuyub. Daha sonra müzakirələr başlayıb.

Bir-iki çıxış istisna olmaqla natiqlər ölkə mediasının problemlərinə, jurnalistlərə qarşı qanunsuzluqlara toxunmayıblar. Mətbuat Şurasının sədri Əflatun Amaşov başda olmaqla çıxış edənlər qəzetlərin qeydə alınmasında problemlərin olmamağını, ölkədə 4 mindən artıq qəzetin qeydə alınmasını azad sözün göstəricisi kimi təqdim etməyə cəhd ediblər. Bununla yanaşı natiqlər ölkədə “reket” jurnalistikası ilə bağlı ciddi problemlərin olduğunu vurğulayıblar.

       “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı media sahəsində ölkədə normal rəqabət mühiti olmadığını deyib. O bu halın davam edəcəyi təqdirdə ölkədə cəmi 5-6 çap mediasının qalacağını söyləyib. Eyni zamanda natiq mədəni səviyyə artdıqca qəzetçilikdən xəbəri olmayanların qəzet nəşrindən geri duracaqlarını vurğulayıb.

            “Bakı Xəbər” qəzetinin redaktoru Aydın Quliyev isə ölkə jurnalistlərində “daxili senzura”nın gücləndiyini deyərək bunun özünü anormallıq adlandırıb. Natiq jurnalistlərə qarşı baş verən kobudluqların, qanunsuz hərəkətlərin bu anormallığı artırdığını deyərək qanunsuzluqlara qarşı çıxış edib.

            Bu ilin martında “Azadlıq” qəzetinin köşə yazarı Seymur Həzinin, aprel ayında isə qəzetin əməkdaşı Ramin Dekonun fiziki zorakılıqlara məruz qalması ilə bağlı vəziyyətin araşdırılmasının nə yerdə olması haqda verilən suala Mətbuat Şurasının sədri Əflatun Amaşov kamera önündə cavab verməkdən çəkinib. Kamera çəkilişi dayandırıldıqdan sonra isə Əflatun Amaşov bu məsələdə hüquq-mühafizə orqanları ilə əlaqəni Media Hüququ institutunun direktoru Rəşid Hacılının saxlamalı olduğunu söyləyib. Amaşov bu məsələ ilə bağlı bu gün güc strukturları ilə əlaqə saxlayacağını deyib və Mətbuat Şurasının bu zorakılığın üstünün açılmasında, cinayətkarların cəzalandırılmasında maraqlı olduğunu qeyd edib.

 

Previous Post

ÖTƏN İLKİ SEÇKİLƏRƏ MÜDAXİLƏDƏ İTTİHAM EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİ BARƏSİNDƏ HƏBS

Next Post

ÖTƏN İLKİ SEÇKİLƏRƏ MÜDAXİLƏDƏ İTTİHAM EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİ BARƏSİNDƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.