ÖTƏN İLKİ SEÇKİLƏRƏ MÜDAXİLƏDƏ İTTİHAM EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİ BARƏSİNDƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİ

Hüquq müdafiəçisi Vidadi İsgəndərov barəsində iki aylıq həbs qərarı çıxarılıb və bu qərardan apellyasiya şikayəti verilib. Bu barədə “Media forum” xəbər saytına hüquq müdafiəçisinin vəkili Akif Əlizadə məlumat verib.

 Vəkilin sözlərinə görə, ötən ilin noyabrında keçirilən parlament seçkisinə müdaxilə etməkdə ittiham olunan və haqqında 2 aylıq həbs qərarı çıxarılan deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Vidadi İsgəndərov saxlandığı Bakı Şəhər Baş Polis İdarəsinin  müvəqqəti saxlanma məntəqəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

“Vidadi İsgəndərov ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmir. Ötən il parlament seçkiləri zamanı,  seçkilərdən iki gün əvvəl ölkədə baş verən proseslər və Baş Prokurorluğun qanunsuz əməlləri barədə televiziyada çıxış etmişdi. Bundan sonra onun barəsində Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin istintaq qrupu seçki prosesinə müdaxilə ittihamı ilə cinayət işi açıb”, – deyə  vəkil bildirib.

Qeyd edək ki, 2010-cu il noyabrın 7-də keçirilən parlament seçkisində Vidadi İsgəndərov 89 saylı Ağdaş-Göyçay seçki dairəsindən deputatlığa namizəd olub.

Xatırladaq ki, hüquq müdafiəçisi Vidadi İsgəndərov İctimai Palatanın 17 aprel 2011-ci ildə “Sahil” bağında təşkil etdikləri mitinq zamanı saxlanılıb və 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdi.

Previous Post

BEYNƏLXALQ MƏTBUAT AZADLIĞI GÜNÜ MÜNASİBƏTİLƏ TOPLANTI KEÇİRİLİB

Next Post

NEMƏT PƏNAHLI MƏHKƏMƏDƏ MƏTBUAT İŞTİRAK ETMƏDİYİ ÜÇÜN İFADƏ VERMƏKDƏN İMTİNA EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.