AZƏRBAYCAN JURNALİST HƏBSİNƏ GÖRƏ AVROPADA BİRİNCİ YERDƏDİR

Beynəlxalq Mətbuat İnstitutunun növbəti hesabatında Azərbaycanın  jurnalist həbslərinin sayına görə Avropada birinci yeri tutduğu bildirilir.

Söz və ifadə azadlığının vəziyyətinə görə Azərbaycan hökumətinin qınaq obyektinə çevrildiyi hesabatda “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin, həmçinin iki blogger – Emin Milli və Adnan Hacızadənin həbsdə saxlanılması vurğulanıb.  
Beynəlxalq Mətbuat İnstitutunun hesabatının məqsədi bir daha ictimai-siyasi çevrənin diqqətini söz azadlığı sahəsindəki problemlərə yönəltməkdir.
Hesabatı ingilis dilində tam oxumaq üçün
Previous Post

“YENİ MÜSAVAT” QƏZETİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ BAĞLI AKSİYA KEÇİRƏCƏK

Next Post

SITUATION IN SPEECH FREEDOM FIELD IN AZERBAIJAN, 2009-GENERAL VIEW TO MASS MEDIA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.