“YENİ MÜSAVAT” QƏZETİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ BAĞLI AKSİYA KEÇİRƏCƏK

“Yeni Müsavat” qəzeti həbsdə olan jurnalistlərin azad edilməsi tələbi ilə piket keçirilməsinə icazə verilməsi ilə  bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Qəzet Azərbaycan Respublikası Konstitusiyasının 49 maddəsini və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunu əsas gətirilərək, həbsdə olan jurnalistlərin azad olunması ilə yanaşı mətbuata qarşı təzyiqlərə son qoyulmasını da tələb edir. Fevralın 19-da saat 15:00-dan 15:30-dək Sabir bağında keçirilməsi nəzərdə tutulan aksiya zamanı “Mətbuata təzyiqlərə son qoyulsun!”, “Diffamasiya haqqında qanun qəbul edilsin!”, “Həbsdə olan jurnalistlər azad edilsin!” şüarları səsləndiriləcəyi bildirilir. Piketdə 50 nəfərin iştirakı planlaşdırılır.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

QƏNİMƏT ZAHİDİN REVMATİZM AĞRILARI ARTIB

Next Post

AZƏRBAYCAN JURNALİST HƏBSİNƏ GÖRƏ AVROPADA BİRİNCİ YERDƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.