QHT RƏHBƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (13 yanvar) Bakı Apellyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə “Azad İqtisadiyyata Yardım Mərkəzi”nin rəhbəri Zöhrab İsmayılın (İsmayılov) Təhsil Nazirliyinə qarşı iddiasına əsasən qərardan verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı Z.İsmayıl və onun səlahiyyətli nümayəndəsi, “Media Hüquqları İnstitutu”nun vəkili Fariz Namazlı iştirak edirdilər. Cavabdeh tərəfdən isə prosesdə heç kim iştirak etmirdi.
Vəkil Fariz Namazlı nazirliyə ünvanlanan sorğuya cavab verilməməsinin qanunsuz hesab edilməsi və informasiya sorğusuna cavab verilməsi ilə bağlı cavabdehin üzərinə öhdəliyin qoyulmasını istədi.
Hakim A. Abdullayeva Z.İsmayıldan rəhbərlik etdiyi təşkilatın hüquqi sənədlərinin əslinin məhkəməyə təqdim olunmasını istədi və məhkəmə prosesini 27 yanvar saat 11:30-a təyin etdi.

Xatırladaq ki,  “Azad İqtisadiyyata Yardım” Mərkəzinin rəhbəri Zöhrab İsmayıl (İsmayılov) məktəblərin tikintisinə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı nazirliyə ünvanlanan sorğuya cavab verilmədiyinə görə iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə 10 mart 2009-cu il tarixində iddianı təmin etməmişdir.

Previous Post

OMBUDSMAN BAKI İSTİNTAQ TƏCRİDXANASINDA JURNALİSTLƏRLƏ GÖRÜŞÜB

Next Post

AZƏRBAYCAN YENƏ DƏ “AZAD OLMAYAN ÖLKƏ” KİMİ TANINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.