ƏMİRBƏYOV AZƏRBAYCAN HAKİMİYYƏTİNİN SÖZ VƏ FİKİR AZADLIĞINA XÜSUSİ DİQQƏT YETİRDİYİNİ BİLDİRİB

APA-nın yaydığı məlumata görə, BMT-nin İnsan Haqları Şurasında söz və fikir azadlığı üzrə xüsusi məruzəçisi Ambei Liqabo Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə dair fikirlərini açıqlayıb. Liqabo bildirib ki, ötən il Azərbaycanda səfərdə olan zaman ölkənin media sektorunun bir sıra problemləri ilə üzləşib. Azərbaycanda Cinayət Məcəlləsində böhtana görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını və bir neçə jurnalistin həbsinin narahatedici fakt olduğunu vurğulayan təmsilçi bu məsələ ilə bağlı Azərbaycan rəsmiləri ilə müzakirə aparıldığını bildirib.

Rəsmi Bakıya qeyd olunan maddəni Cinayət Məcəlləsindən çıxarmağı və jurnalistlərin təhlükəsizliyinə təminat vermək üçün tədbirlər görməyi tövsiyə etdiklərini deyən Liqabo geniş Mətbuat şəbəkəsinin varlığını, mətbuatda fərqli fikirlərin söylənməsinin mümkünlüyünü Azərbaycan mediasının müsbət məqamları kimi qiymətləndirib.
BMT-nin Cenevrədəki ofisində Azərbaycanın daimi nümayəndəsi, səfir Elçin Əmirbəyov toplantıda çıxışı zamanı Azərbaycan hökumətinin söz və fikir azadlığına, müstəqil mətbuatın inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb. Jurnalistlərin peşəkar səviyyəsinin aşağı olmasına görə,  müəyyən problemlərin yarandığını bildirən səfir qeyd edib ki, jurnalistlərin əksəriyyəti  peşəkar fəaliyyətinə görə həbs edilməyib. O, həmçinin böhtana görə, cinayət məsuliyyətini nəzərdə tutan maddənin Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı danışıqların getdiyini də əlavə edib.

Previous Post

ZAHİDOVUN QARDAŞI BEYNƏLXALQ TƏŞKİLATLARI TƏDBİR GÖRMƏYƏ ÇAĞIRIB

Next Post

MƏHKƏMƏ JURNALİSTİN ŞİKAYƏTİNİ QİSMƏN TƏMİN ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.