Azərbaycan hökuməti ATƏT-in insan hüquqları üzrə öhdəliklərini yerinə yetirməlidir

25 sentyabr, Varşava

“Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qəbul etdiyi standartlarla uyğunsuzluq təşkil edir ki, bu da təşkilatın insan hüquqları üzrə prinsiplərinin bütövlüyünü sarsıtmaq riski yaradır”,  deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün Varşavada keçirilən ATƏT-in İnsan Ölçüsü iclasında bildirib.  

“Azərbaycan və ATƏT: İnsan Ölçüsünə məhəl qoyulmaması” adlı hesabat Azərbaycanın ölkədə insan hüquqları durumunu yaxşılaşdırmaq üçün tələb olunan tədbirlərlə bağlı ATƏT-in verdiyi tövsiyələrə ciddi şəkildə əməl etməməsindən bəhs edir.

Hesabatda bildirir ki, Azərbaycan tarixən ATƏT-lə üzdə əməkdaşlıq etməyə cəhd etsə də, bu il ATƏT-Azərbaycan münasibətlərində problemli bir il olub. Azərbaycan hökuməti təşkilata qarşı qərəzli mövqe nümayiş etdirib və bunun kulminasiya nöqtəsi olaraq ATƏT-in Bakıdakı ofisinin mandatının kiçildilərək layihə koordinasiyası ofisi  ilə əvəzlənməsi barədə konsensus qərar qəbul edilib ki, bu qərar da 2014-cü yanvar ayından qüvvəyə minəcək.

Üzv dövlətlərin insan hüquqlarına hörmət bəsləməsini təmin etmək ATƏT-in əsas funksiyasıdır. Bu səbəbdən hesabat Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsini yaxşılaşdırmaq üçün lazım olan spesifik addımlarla bağlı ATƏT-ə tövsiyələr paketi təqdim edir.

Hesabat Danimarka qeyri-hökumət təşkilatı olan Beynəlxalq Mediaya Dəstək(International Media Support, yaxud IMS) təşkilatının dəstəyi ilə hazırlanıb.

Daha ətraflı məlumat üçün RATİ (www.irfs.org ) və IMS (www.i-m-s.dk)- in  internet səhifəsinə baş çəkin.

Previous Post

Jurnalistin atası Prezidentə müraciət edib

Next Post

Apellyasiya məhkəməsi jurnalisti həbsdə saxladı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.