Jurnalistin atası Prezidentə müraciət edib

Sentyabrın 23-də “Bizim Yol” qəzetinin əməkdaşı, “Moderator.az” saytının redaktoru, Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri,  həbsdə olan   jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimli ölkə başçısı İlham Əliyevə müraciət edib. Bu barədə bu gün (24 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Kamran Həşimli məlumat verib.
Kamran Həşimlinin sözlərinə görə,  müraciətində oğluna qarşı baş verənləri qanunsuzluq hesab etdiyini və baş verən qanunsuzluqların aradan qaldırılmasına, ədalətin bərpa olunmasına yardım göstərməsi və məsələnin diqqətdə saxlaması barədə ondan xahiş edilib.
Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 17-də Səbail rayon Məhkəməsi  Pərviz Həşimli barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçilib.
Previous Post

Jurnalistə 3 ay “kars” cəzası verilib

Next Post

Azərbaycan hökuməti ATƏT-in insan hüquqları üzrə öhdəliklərini yerinə yetirməlidir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.