JURNALİST İCTİMAİYYƏTİNƏ İKİ İTKİ ÜZV VERİB

fevral 26th, 2008
Azərbaycan Jurnalistlər Birliyinin keçmiş sədri Hacı Əliheydər oğlu Hacıyev fevral ayının 23-də 84 yaşında infarktdan vəfat edib.

H.Hacıyev 1924-cü il fevralın 18-də Bakıda anadan olub. “Azərbaycan gəncləri” qəzetində, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində çalışıb. “Uşaqgəncnəşr” nəşriyyatının baş redaktoru olub. 1988-ci ildən 2006-cı ilədək Azərbaycan Jurnalistlər Birliyinə sədrlik edib. 2006-cı ildən qurumun fəxri sədri seçilib.
 “Turan” İnformasiya Agentliyinin analitik xidmətinin rəhbəri, professor Həsən Quliyev fevral ayının 24-də 67 yaşında vəfat edib. H.Quliyevin vəfatına iki həftə öncə keçirdiyi beyin iflici səbəb olub. Azərbaycan xalqının etnopsixoloji portretinin işlənib hazırlanmasına böyük əmək sərf edən tədqiqatçı-alim H.Quliyev uzun müddət idi ki, “Turan” İnformasiya Agentliyində fəaliyyət göstərirdi.