SƏFİR AMERİKA QƏZETİNƏ ETİRAZ MƏKTUBU GÖNDƏRİB

“Yeni Müsavat” qəzetinin bu günkü sayında gedən məlumata görə, “The New York Times” qəzeti dünən Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevin redaksiyaya göndərdiyi məktubu dərc edib.

Göndərilən məktub qəzetin bu il fevralın 3-də çap olunmuş sayında Azərbaycan hakimiyyətinin tənqid edildiyi məqalə ilə bağlıdır. Y. Əliyev hesab edir ki, müəllif məqalədə Azərbaycanın demokratiya sahəsində əldə etdiyi uğurları görmür.  
      Xatırladaq ki, “Demokratiya yolu dalana dirənib” başlıqlı məqalədə bildirilir ki, Azərbaycanda 2005 -ci il parlament  seçkilərində bu seçkilərin saxtalaşdırılması və buna etiraz etmək üçün dinc mitinq keçirən müxalifətçilərə qarşı hədsiz güc tətbiq edilməsinə baxmayaraq, Vaşınkton Azərbaycan prezidentini yumşaq tənqid etməklə kifayətləndi. Daha sonra o, Ağ Evə dəvət aldı və bəlli oldu ki, Buş admnistrasiyası demokratiya problemlərinə görə Azərbaycan hakimiyyəti ilə münasibəti korlamaq istəmir”.  
 

Previous Post

Press conference on Human Rights theme

Next Post

TOMAS HAMMERBERQ AZƏRBAYCANDA MƏTBUATIN VƏZİYYƏTİ HAQQINDA DANIŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.