TOMAS HAMMERBERQ AZƏRBAYCANDA MƏTBUATIN VƏZİYYƏTİ HAQQINDA DANIŞIB

Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammerberq dünən (26 fevral) “BBC” radiosuna müsahibə zamanı Azərbaycanda söz və mətbuat azadlığı barədə danışıb.

O bildirib ki, “bu problemin aradan qaldırılması üçün qanunvericilik dəyişilməli və diffamasiya haqqında maddə Cinayət Məcəlləsindən çıxarılmalıdır. Və heç bir jurnalist yazdıqlarına görə həbs edilmə təhlükəsi ilə üzləşməməlidir. Diffamasiya halı baş verdikdə isə jurnalist adi, mülki məhkəməyə cəlb olunmalı və ona zərərin ödənilməsi təyin edilməlidir”.  Həbsdə olan jurnalistlərin məsələsinə yenidən baxılmalı olduğunu vurğulayan Hammarberq həmin jurnalistlərdən bir neçəsi ilə görüşdüyünü, onların yazıları ilə tərcümə vasitəsilə tanış olduğunu və jurnalistlərin həbsinə əsas yarada bilən bir şeyin görmədiyini bildirib. Və qeyd edib ki, onlar həbsdən azad edilməlidir.
Previous Post

SƏFİR AMERİKA QƏZETİNƏ ETİRAZ MƏKTUBU GÖNDƏRİB

Next Post

JURNALİSTİN DÖYÜLMƏSİ İLƏ BAĞLI MATERİALLARIN HARADA OLMASI MƏLUM DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.