DÖVLƏT DEPARTAMENTİNİN İLLİK HESABATINDA AZƏRBAYCANDA SÖZ AZADLIĞI İLƏ BAĞLI ÇOXSAYLI POZUNTU QEYDƏ ALINMIŞDIR

Dünən ABŞ Dövlət Departamenti İnsan Haqları üzrə illik hesabatını açıqlayıb.

Azərbaycan üzrə bölmə nəzərə çarpacaq dərəcədə böyük olmuşdur və buraya 2007-ci ildən əvvəl baş verən hadisələrin təhqiqatı, məsələn 2005-ci ildə öldürülmüş "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli də daxil olmaqla 2007-ci ildə baş vermiş mətbuat azadlığı pozuntularının geniş təsviri daxil edilmişdir.  
Dövlət Departamentinin hesabatına görə "media azadlığı il boyunca kəskin surətdə pisləşmişdir." Dövlət Departamenti qeyd edir ki, "Qanunun söz və mətbuat azadlığını təmin etməsinə və xüsusilə də senzuranı qadağan etməsinə baxmayaraq hökumət praktikada bu hüquqlara hörmət etməmişdir."
            Daha sonra hesabatda qısa şəkildə ötən il bu sahədə baş verən hadisələrdən misal gətirilir. "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsi və onun həbsindən sonra Fətullayevin hər iki qəzetinin bağlanması, Fətullayevin iş yoldaşı Üzeyir Cəfərova qarşı zorakı hücum və "Yeni Müsavat" qəzetinin Naxçıvan bölgə müxbiri Həkimeldostu Mehdiyevin və "Azadlıq" radiosunun müxbiri İlqar Nəsibovun həbsi xatırladılır.
Bu hesabatı tam şəkildə http://www.state.gov/g/drl/rls/hrrpt/2007/100548.htm ünvanında oxuya bilərsiniz.

Previous Post

QƏNİMƏT ZAHİDOVUN HƏBSİNƏ ETİRAZ OLARAQ PİKET KEÇİRİLİB

Next Post

BU GÜN BƏZİ QƏZETLƏR ÇAP OLUNMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.