RÖVŞƏN HACIBƏYLİNİN ŞİKAYƏTİNƏ GƏLƏN AY BAXILACAQ

Bu gün Apellyasiya Məhkəməsinin hakimi Rəşadət Ağayevin sədrliyi ilə "İTV mətbuat aynasında" kitabının məhv edilməsi haqqında çıxarılmış qərardan verilən şikayət üzrə məhkəmə prosesi təxirə salınıb.

Məhkəmənin təxirə salınmasına İTV-nin nümayəndəsinin məhkəməyə gəlməməsi səbəb olub. Hakim prosesi 02 aprel saat 15.00-a təyin edib.
Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Allahverən Həsənov 13 noyabr 2007-ci il tarixində "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəylinin tərtibatçısı olduğu "İTV mətbuat aynasında" kitabının məhv edilməsi haqqında qərar çıxarmışdı. İTV bu kitabı telekanalın işgüzar nüfuzunu ləkələyən mətbu nəşr hesab edilməsi, kütləvi satışdan yığışdırılaraq məhv edilməsi və yenidən nəşr olunmasının qadağan edilməsi və Rövşən Hacıbəylinin İTV kollektivindən üzr istəməsi haqqında qərarın çıxarılması xahişi ilə 20 fevral 2007-ci ildə məhkəməyə müraciət etmişdi. Məhkəmə iddianı təmin etdiyindən Rövşən Hacıbəyli Apellyasiya Məhkəməsinə şikayət vermişdi.

Previous Post

DÖVLƏT DEPARTAMENTİNİN İLLİK HESABATINDA AZƏRBAYCANDA SÖZ AZADLIĞI İLƏ BAĞLI ÇOXSAYLI POZUNTU QEYDƏ ALINMIŞDIR

Next Post

TƏHQİQATÇI TELEFON ZƏNGLƏRİNƏ CAVAB VERMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.