ƏDLİYYƏ NAZİRLİYİ RATİ-NİN BƏYANATINA MÜNASİBƏT BİLDİRİB

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanov “Media forum” saytına açıqlamasında RATİ-nin bu gün (30 oktyabr) yaydığı bəyanatına münasibət bildirib.

Soltanov Ədliyyə Nazirliyinin QHT-lərin fəaliyyətinə nəzarət etmək funksiyasına uyğun olaraq əməkdaşlarının RATİ-yə ezam olunduqlarını bildirib. "Təşkilatda isə onlara bildirilib ki, qurumun rəhbəri burda yoxdur, ona görə də heç bir sənəd təqdim edilməyib" – deyə Nazirlik nümayəndəsi əlavə edib. Heç bir sənəd təqdim edilmədən hər hansı bir yoxlama aparılmasının mümkün olmadığını deyən Soltanov məsələ ilə əlaqədar müxalifət mətbuatında gedən yazılardan və RATİ-nin bəyanatından narahtlığını ifadə edib.                                       
 RATİ xatırladır ki, dünən (29 oktyabr) Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları saat 12.30-da RATİ-nin ofisinə zəng edərək, saat 15.00-da yoxlama üçün gələcəklərini bildirib. Öz növbəsində RATİ əməkdaşları Ədliyyə Nazirliyinin əməkdaşına bildiriblər ki, təşkilatın sədri Emin Hüseynov Rumıniyada keçirilən QHT forumunda iştirak edir və yalnız noyabrın 1-də qayıdıb  onların suallarını cavablandıra bilər. Lakin buna baxmayaraq Ədliyyə Nazirliyinin əməkdaşları Salmanova Səbinə Qədir qızı və Həmidli Günel Bəxtiyar qızı RATİ-yə gələrək yoxlamalar aparmaq istədiklərini bildiriblər. Eyni zamanda 1 saat ərzində RATİ əməkdaşlarına təşkilatın təsisçiləri, üzvləri, qrantları, hüquqi və faktiki ünvanlar barədə suallar veriblər.
Previous Post

OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ BLOGGERLƏRLƏRƏ BAŞ ÇƏKİBLƏR

Next Post

BÖYÜK BRİTANİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ RATİ-NİN BÖLGƏ MÜXBİRLƏRİ İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.