OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ BLOGGERLƏRLƏRƏ BAŞ ÇƏKİBLƏR

Bu gün (30 oktyabr) Ombudsman Aparatının nümayəndələri Bakı İstintaq Təcridxanasına baş çəkərək, burada  saxlanılan tanınmış bloggerlər və gənc fəallar Emin Milli (Abdullayev) və Adnan Hacızadə ilə görüşüblər.

Ombudsman Aparatının  saytında (ombudsman.gov.az)  yerləşdirilən məlumata görə, görüş zamanı gənclər saxlanma şəraitindən narazı olmadıqlarını bildiriblər, lakin barələrində aparılan məhkəmə prosesinin vaxtının uzadılmasından şikayətləniblər.
         Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

ƏDLİYYƏ NAZİRLİYİ RATİ-NİN BƏYANATINA MÜNASİBƏT BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.