ABŞ-IN HELSİNKİ KOMİSSİYASI MEDİA İLƏ BAĞLI YENİ QƏTNAMƏ QƏBUL EDİB

ABŞ-ın İnsan Haqları üzrə Helsinki Komissiyası ATƏT -ə üzvü olan 56 ölkədə mətbuat azadlığını və araşdırıcı jurnalistlərin müdafiəsini gücləndirməyə yönəlmiş qətnamə qəbul edib.

ABŞ Senatoru Benjamin L.Kardin tərəfindən hazırlanan qətnamə dövlətləri təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunları aradan qaldırmağa, informasiyanın azad yayımını gücləndirməyə, jurnalistlərə qarşı hədə və fiziki hücumların arxasında duranları araşdırıb cəzalandırmağa çağırır.

 

     “Azad media hər bir demokratik cəmiyyət üçün vacibdir. Ona görə də avtoritar rejimlər çox vaxt jurnalistləri hədəfə alırlar. Bu qətnamə dövlətlərin öz qanunvericiliklərini dəyişmələrinə, ifadə azadlığını məhdudlaşdıran əməllərdən çəkinməyə, internetə çıxışa qoyulan qadağaları aradan qaldırmağa və jurnalistlərin fiziki təzyiqlərə məruz qalması ilə bağlı halların daha effektiv araşdırılmasına gətirib çıxaracaq”  – deyə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyasının (ABŞ Helsinki Komissiyası) sədri Kardin bildirmişdir.  

 

    Sənəd ATƏT ölkələri Parlament Assambleyasının Norveçdə, Osloda, keçirilən iclasının gündəliyinə də salınır və şənbə günü səsə qoyulacağı gözlənilir.

 

2010-cu ildə ATƏT regionuna daxil olan ölkələrdə 16 jurnalist qətlə yetirilib, keçən il isə 136 jurnalist isə həbsə atılıb.

 
ABŞ-ın Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası ABŞ-ın müstəqil Federal Agentliyidir.
 
Bu qurum Helsinki Yekun Aktının icrasına nəzarət edir və 56 ölkədə insan haqları, demokratik dəyərlər, iqtisadiyyatın inkişafı ilə hərtərəfli təhlükəsizlik şəraitinin yaradılmasına çalışır.
 
 Komissiyaya Senatdan doqquz, Nümayəndələr Palatasından doqquz, Dövlət Departamenti, Müdafiə və Kommersiya Nazirliklərinin hərəsindən bir nümayəndə daxildir.

 

Previous Post

ALİ MƏHKƏMƏNİN HAKİMİ EYNULLA FƏTULLAYEV BARƏSİNDƏ ÇIXARILMIŞ YENİ HÖKMUN TƏNQİD EDİB

Next Post

BEYNƏLXALQ TƏŞKİLATLAR EYNULLA FƏTULLAYEVƏ QARŞI ÇIXARILMIŞ YENİ HÖKMÜ PİSLƏYİBLƏR

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.