Seçkidən sonra Azərbaycana gələcək ABŞ konqresmenləri 8 il yarım müddətinə azadlıqdan məhrum edilmiş “Gündəlik Bakı” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşəcəklər.
Bu barədə RATİ-yə baş redaktorun atası Emin Fətullayev məlumat verib. Onun sözlərinə görə, ötən həftə ABŞ Jurnalistlərin Müdafiə Komitəsinin (JMK) icraçı direktoru Soel Saymon baş redaktora məktub ünvanlayıb. “İcraçı direktor Saymon ölkəmizə səfər edəcək konqresmenlərlə görüşərək Azərbaycan mətbuatının mövcud vəziyyəti haqqında onları məlumat verib və onlardan Eynulla Fətullayevlə görüşmələrini rica edib. Onlar da Azərbaycana səfərləri çərçivəsində bu məsələni rəsmilərlə müzakirə edəcəklərini və Eynulla Fətullayevlə görüşəcəklərini bildiriblər”, – deyə Emin Fətullayev qeyd edib.