GENERALIN İDDİASI İLƏ MƏHKƏMƏ PROSESİ BAŞLANIR

Bu gün (10 oktyabr) Yasamal rayon Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyi ilə Müdafiə Nazirliyinin Beyləqan Hərbi Birləşməsinin komandiri general-mayor Mahmud Həmid oğlu Həmzəyevin “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, qəzetin əməkdaşı Üzeyir Cəfərovu və başqalarına qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia  üzrə məhkəməyə hazırlıq iclası keçirildi.

Cavabdeh şəxslərdən Habil Vəliyev, Üzeyir Cəfərov və Telman Əbilov iddianın əsasız olduğunu bildiriblər və iddianın rədd edilməsini məhkəmədən xahiş ediblər. Digər cavabdeh Arif Maşallah oğlu Rəhimov isə məhkəmə iclasına iştirak etməyib.
Məlum olub ki, o, bu gün Lənkəran şəhər Prokurorluğunda dindirildiyi üçün prosesə qatıla bilməyib.
Bü səbəbdən də hakim hazırlıq iclasını 17 oktyabr saat 15:00 –a qədər təxirə salıb.
Qeyd edək ki, Həmzəyev “Gündəlik Bakı” qəzeti və digərlərinə qarşı Cinayət Məcələsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.

Previous Post

MSK SEÇKİLƏRLƏ BAĞLI MÜSTƏQİL MƏTBUAT MƏRKƏZİ AÇIB

Next Post

ABŞ KONQRESMENLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞƏCƏKLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.