ABŞ KONQRESMENLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞƏCƏKLƏR

Seçkidən sonra Azərbaycana gələcək ABŞ konqresmenləri 8 il yarım müddətinə azadlıqdan məhrum edilmiş “Gündəlik Bakı” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşəcəklər.

Bu barədə  RATİ-yə baş redaktorun atası Emin Fətullayev məlumat verib. Onun sözlərinə görə, ötən həftə ABŞ Jurnalistlərin Müdafiə Komitəsinin (JMK) icraçı direktoru Soel Saymon baş redaktora məktub ünvanlayıb. “İcraçı direktor Saymon ölkəmizə səfər edəcək konqresmenlərlə görüşərək Azərbaycan mətbuatının mövcud vəziyyəti haqqında onları məlumat verib və onlardan Eynulla Fətullayevlə görüşmələrini rica edib. Onlar da Azərbaycana səfərləri çərçivəsində bu məsələni rəsmilərlə müzakirə edəcəklərini və  Eynulla Fətullayevlə görüşəcəklərini bildiriblər”, – deyə Emin Fətullayev qeyd edib.

Previous Post

GENERALIN İDDİASI İLƏ MƏHKƏMƏ PROSESİ BAŞLANIR

Next Post

PENİTENSİAR XİDMƏT VƏ 12 SAYLI CƏZACƏKMƏ MÜƏSSİSƏSİ MƏHKƏMƏYƏ VERİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.