
Prosesdə iştirak edən 14 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Əli Nəbiyev verdikləri mülahizəni müdafiə etdiyini və Adnanın vaxtından əvvəl azadlığa buraxılmalı olmadığını bildirib.
Dövlət ittihamçısı Çingiz Şükürov isə Adnan Hacızadənin cəzaçəkmə müəssisəsində heç bir rejim qaydalarını pozmadığını bildirib və hakimdən Adnan Hacızadənin şikayətinin təmin edilməsini xahiş edib.
Müşavirədən qayıdan hakim Adnan Hacızadənin şikayətinin təmin edildiyini bildirib və Adnan Hacızadənin bundan sonrakı 7 ay 21 günlük cəzasından şərti azad edilməsi və onun məhkəmə zalından azadlığa buraxılması barədə qərarını elan edib.
Xatırladaq ki, Qaradağ rayon Məhkəməsi hakim Rüfan Mürsəlovun sədrliyi ilə Adnan Hacızadənin cəza müddətinin yarısını çəkməsi ilə əlaqədar həbsdən vaxtından əvvəl azad edilməsi haqqında müraciətini təmin etməyib.
Gənc bloggerlər Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də "Livan" restoranında baş vermiş hadisə ilə əlaqədar həbs ediliblər. Gənclərin döyülməsinə baxmayaraq, onlar özləri xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları ilə müvafiq olaraq 2 il 6 ay və 2 il müddətinə azadlıqdan məhrum olunublar.
Yerli və beynəlxalq demokratik ictimaiyyət isə əmindir ki, bloggerlər fərqli siyasi düşüncələrinə görə saxta ittihamla həbs olunublar.
Fotolar 1-ci hissə: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,671/lang,az/
Fotolar 2-ci hissə: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,672/lang,az/