JURNALİST TƏHQİQATLARI FİLMLƏRDƏ

Noyabrın  18-də  Hyatt Recency otelində dörd qısametrajlı sənədli filmin təqdimatı keçirilib. Filmlər  Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə həyata keçirilən “Media və ictimai resursların şəffaflığı” müsabiqəsində qalib gələn jurnalistlərin materialları əsasında çəkilib.

Müsabiqə iştirakçıları ciddi seçimdən keçib, deyə Açıq Cəmiyyət İnstitutunun media proqramlarının rəhbəri Rövşən Bağırov bildirib. Şərtə əsasən, birinci mərhələdə jurnalist təhqiqatlarının 15 konsepsiyası seçilib və məqalə hazırlanması üçün maliyyələşdirilib.

 Bu işlərdən 5-i qalib elan edilib və İnternyus onların əsasında 8 dəqiqəlik filmlər çəkib.

Bu gün 4 filmin  təqdimatı oldu. Onlardan biri – Salyan və Sabirabadda içməli suyun təmizlənməsi problemi ilə bağlı olan lent “yuxarıdan” təzyiqlə bağlı işıq üzü görmədi.    

Təqdimatda bu filmlər nümayiş etdirildi: Cavid Quliyev (“Exo” qəzeti) "Ərzaq təhlükəsizliyi" http://www.youtube.com/watch?v=aDPZCiYIrJo , Həbib Abdulla (“Yeni Müsavat”) "Dünya zibil təcrüvbəsi " http://www.youtube.com/watch?v=S7HaE-wOt78 ,  Dünya Sakit (“Ekspress” qəzeti) "Xroniki böyrək çatışmazlığı" http://www.youtube.com/watch?v=6B2wYwisFKU, Səadət Akifqızı (“Azadlıq” radiosu) "Texniki peşə məktəbləri"  http://www.youtube.com/watch?v=KbbpMGJIhiQ&feature=player_embedded  .    

Filmlər lakonik şəkildə resurslardan rasional istifadə və kənd təsərrüfatının inkişaf strategiyası, zibilin utilləşdirilməsi, diodez problemi, texniki kadr hazırlığından bəhs edir.

Filmlər hələlik youtube-da yerləşdirilib, gələcəkdə onlar yerli telekanallara təklif ediləcək. Bunun üçün filmlərin diski dövlət strukturlarına təqdim ediləcək.

Şəffaflıq proqramının koordinatoru Fidan Bağırova qeyd etdi ki, bu məhsullara yalnız jurnalist materialı kimi baxmaq olmaz, onlar həmçinin ictimai maliyyəyə nəzarət formasıdır. O həmçinin məlumat verdi ki, layihə başqa ölkələrdə də maraq doğurub. Bununla bağlı 2011-ci ildə "İctimai resurslar üzrə jurnalist təhqiqatları regional məktəbi"ni yaratmaq planlaşdırılır.

 

Previous Post

ELAN!

Next Post

ADNAN HACIZADƏ MƏHKƏMƏ ZALINDAN AZADLIĞA BURAXILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.