ADNAN HACIZADƏNİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏSİ OKTYABRIN 21-DƏ DAVAM EDƏCƏK

     Bu gün ( 01 Oktyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə blogger Adnan Hacızadənin vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinin çıxardığı 26 iyul tarixli qərardan verdiyi apellyasiya  şikayətinə  baxıldı.

     Prosesdə iştirak etmək istədiyini ərizə ilə hakimə bildirən Adnan Hacızadə məhkəmə prosesinə gətirilmişdi.

            Adnan Hacızadə hakimə bildirdi ki, 14 saylı cəzaçəkmə müəssisəsinin nümayəndələri məhkəməyə gəlməyib və onların iştirakı vacib olduğundan onlar olmadan işə baxıla bilməz.

            Adnanın xahişini nəzərə alan hakim prosesi 21 Oktyabr saat 15:00-a təyin etdi.

            Qeyd edək ki, Adnan Hacızadə cəzasının yarısının çəkilməsi ilə əlaqədar vaxtından əvvəl azad olunması ilə bağlı Qaradağ rayon məhkəməsinə müraciət etmiş və  onun iddiası təmin olunmamışdı.

 

            Xatırladaq ki, Adnan Hacızadə və digər blogger Emin Milli və 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

Previous Post

İCRA BAŞÇISI VƏTƏNDAŞI YAZDIĞI ƏRİZƏSİNƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİB

Next Post

HƏYAT YOLDAŞI ELMAR HÜSEYNOVA VERİLƏN MÜKAFATIN PUL HİSSƏSİNİ HƏBSDƏKİ JURNALİSTLƏRƏ BAĞIŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.