ADNAN HACIZADƏ MƏHKƏMƏ ZALINDAN AZADLIĞA BURAXILDI

            Noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə həbsdə  edilmiş blogger Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon Məhkəməsinin çıxardığı 26 iyul tarixli qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

 Prosesdə Adnan Hacızadənin vəkili İsaxan Aşurov 14 saylı  cəzaçəkmə müəssisəsinin verdiyi mülahizənin birinci instansiya məhkəməsində qərəzsiz araşdırılmadığını bildirib və hakimdən  cəzasının yarıdan çoxunu çəkmiş blogger Adnan Hacızadənin şikayətinin təmin edilməsini xahiş edib.

            Prosesdə iştirak edən 14 saylı cəzaçəkmə  müəssisəsinin nümayəndəsi Əli Nəbiyev verdikləri mülahizəni müdafiə etdiyini və  Adnanın vaxtından əvvəl azadlığa buraxılmalı olmadığını bildirib.

            Dövlət ittihamçısı Çingiz Şükürov isə Adnan Hacızadənin cəzaçəkmə müəssisəsində heç bir rejim qaydalarını pozmadığını bildirib və hakimdən Adnan Hacızadənin şikayətinin təmin edilməsini xahiş edib.

            Müşavirədən qayıdan hakim Adnan Hacızadənin şikayətinin təmin edildiyini bildirib və  Adnan Hacızadənin bundan sonrakı 7 ay 21 günlük cəzasından şərti azad edilməsi  və onun məhkəmə zalından azadlığa buraxılması barədə qərarını elan edib.

            Xatırladaq ki, Qaradağ rayon Məhkəməsi hakim Rüfan Mürsəlovun sədrliyi ilə Adnan Hacızadənin cəza müddətinin yarısını çəkməsi ilə əlaqədar həbsdən vaxtından əvvəl azad edilməsi haqqında müraciətini təmin etməyib.

            Gənc bloggerlər Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də "Livan" restoranında baş vermiş hadisə ilə əlaqədar həbs ediliblər. Gənclərin döyülməsinə baxmayaraq, onlar özləri xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları ilə müvafiq olaraq 2 il 6 ay  və 2 il müddətinə azadlıqdan məhrum olunublar.

            Yerli və beynəlxalq demokratik ictimaiyyət isə  əmindir ki, bloggerlər fərqli siyasi düşüncələrinə görə saxta ittihamla həbs olunublar.

 

Fotolar 1-ci hissə: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,671/lang,az/

Fotolar 2-ci hissə: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,672/lang,az/

Previous Post

JURNALİST TƏHQİQATLARI FİLMLƏRDƏ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.