ALİ MƏHKƏMƏ STREKALİNİN ŞİKAYƏTİNƏ BAXACAQ

Ali Məhkəmədə hakim Tapdıq Mahmudovun sədirliyi ilə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə basqında və narkotik maddənin qeyri-qanui saxlanılmasında ittiham edilərək bir il yarım müddətinə həbs
(http://www.irfs.az/content/view/1036/28/lang,az/) cəzası ilə cəzalandırılan  Sergey Strekalinin işinə baxılması üzrə məhkəmə prosesinin keçirilməsi oktyabr ayının 21-dək təxirə salınıb.

Bu barədə “Turan” İA-nə qəzetin vəkili Elçin Sadıqov məlumat verib.
Qeyd edək ki, dünən (14 oktyabr) Ali Məhkəmədə Strekalinin kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilməli idi. Strekalin Xəlili bıçaqladığını boynuna götürsə də, narkotiklə bağlı ittihamı qəbul etmir. Amma Xəlil də onun Strekalin tərəfindən bıçaqlanmadığını deyir.

Previous Post

HƏBSDƏKİ JURNALİSTLƏRİN İKİSİ SƏSVERMƏDƏ İŞTİRAK ETMƏYƏCƏYİNİ DEYİB

Next Post

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı keçirilən mətbuat konfransı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.