ANDRES HERKEL JURNALİSTLƏRİN AZAD OLUNMAMASI PROBLEMİNDƏN DANIŞIB

“Eynulla Fətullayev və gənc bloqçular Emin Milli və Adnan Hacızadənin  azadlığa buraxılması kimi addımlar ataraq, ölkədə siyasi iqlimi yumşaltmaq əvəzinə Azərbaycan Avropa Şurasında özünü təbliğ etməyə üstünlük verir.

Mən bu işlə məşğul olan müəyyən lobbinin olduğunu hiss edirəm“. Bunu “Turan”a müsahibəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Estoniyadan olan deputatı, Azərbaycan üzrə həmməruzəçi Andres Herkel  deyib. O, həmməruzəçi kimi 5 il işləməli olduğunu, lakin bu postda fəaliyyətinin artıq 6-cı ilə keçdiyini vurğulayaraq, bu müddət ərzində müşahidə etdiyi problemlərdən təəssüfləndiyini bildirib. Herkel Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına rəğmən hakimiyyətin Eynulla Fətullayevi azadlığa buraxmaqdan imtina etməsini mövcud problemlərdən biri kimi göstərib və bildirib ki, bu, parlament seçkiləri ərəfəsində neqativ situasiya yaradır.

 

Herkel əlavə edib ki, iyunun 24-də AŞPA Monitorinq Komitəsinin həmməruzçisi qismində fəaliyyətini başa vurur. “Son sözümü məhz həmin gün deyəcəm” – deyə Herkel vurğulayıb.

 

Previous Post

VƏKİL İSAXAN AŞUROV ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU “VİCDAN MƏHBUSLARINA DƏSTƏK” MARAFONUNA START VERD

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.