
APA-nın matına görə, ATƏT-in Bakı ofisinin şöbə müdiri Monika Makovey bildirib ki, “Diffamasiya haqqında” qanunun qəbul edilməməyi jurnalistlərə əldə olunan istənilən məlumatı xalqa çatdırmaqda məhdudiyyət yaradır.
Onun sözlərinə görə, jurnalistin məlumatı cəmiyyətə çatdırmaqdan qorxmamağı üçün təqdim etdiyi məsələnin cinayət təqibinə səbəb olmayacağını bilməlidir. Habelə, Makovey ifadə azadlığının beynəlxalq qanunvericilikdə və Azərbaycan Konstitusiyasında əksini tapdığını da xatırladıb.