ATƏT VƏ MƏTBUAT ŞURASININ TƏŞKİLATÇILIĞI İLƏ DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (12 avqust) Azərbaycan  Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi çərçivəsində Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına təklif edilən əlavə və düzəlişlər mövzusu ilə bağlı Dəyirmi Masa keçirildi.

Dəyirmi masada hüquqşünaslar, millət vəkilləri, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, qəzet və  informasiya agentliklərinin nümayəndələri iştirak edirdilər.

 

    Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirdi ki, hər iki qurum bu ilin martında jurnalistlərin peşə davranışı qaydalarını təkmilləşdirmək və diffamasiya ilə bağlı təşəbbüsləri dəstəkləmək üçün birgə layihəyə start verib. Layihə çərçivəsində bu ay iki “dəyirmi masa”nın təşkili nəzərdə tutulur.  Bunlardan birincisi bu gün keçirilir , digəri isə ayın sonunda baş tutacaq.  Amaşov diffamasiya ilə bağlı qanunun parlamentdə qəbul edilməsini sürətləndirilməsinə çalışdıqlarını dedi. Sədr onu da əlavə etdi ki, peşə davranış kodeksini hazırlayarkən, Avropanın əksər ölkələrinin təcrübəsindən istifadə edilib.

 

    Daha sonra ATƏT- in Bakı Ofisinin rəhbəri Bilge Cankorel bildirdi ki, bu dəyirmi masa ilə yanaşı sentyabrın ilk öngünlüyündə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin və beynəlxalq ekspertlərin iştirakı ilə konfrans keçiriləcək.  Bilge Cankorel onu da əlavə etdi ki, diffamasiya ilə bağlı maddələr cinayət məcəlləsindən çıxarılmasına çalışırlar.

 

    Daha sonra əlavə və  düzəlişlərlə bağlı olaraq müzakirələr aparıldı, müəyyən təkliflər səsləndirildi.  Sonda isə bu əlavə və düzəlişlərlə bağlı işçi qrupu yaradıldı.

 

 Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,573/lang,az/

 

 

Previous Post

TELEVİZİYA VƏ ALTERNATİV MEDİA İNKİŞAF MƏRKƏZİ ƏDLİYYƏ NAZİRLİYİNİ MƏHKƏMƏYƏ VERİB

Next Post

RAUF ARİFOĞLU ƏVƏZ ZEYNALLIYA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİASINI GERİ GÖTÜRÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.