RAUF ARİFOĞLU ƏVƏZ ZEYNALLIYA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİASINI GERİ GÖTÜRÜB

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmə iddiasını geri götürüb.  KİV və ictimai təşkilatların rəhbərlərinin çağırışlarından sonra iddia geri götürülüb.

“Arifoğlu özü dəfələrlə cinayət təqiblərindən əziyyət çəkib, odur ki, iddianı geri götürmək qərarına gəlib” – deyə Rauf Arifoğlunun nümayəndəsi Vaqif Hüseyn “Turan”a bildirib. Rauf Arifoğlu öz mövqeyini belə izah edib: “Yeni Müsavat” diffamasiya haqqında qanunun  qəbulunun vacibliyi barədə dəfələrlə yazıb. Bu qanun jurnalistlərə qarşı cinayət təqiblərinə son qoyardı. Bu qanunun qəbulu ilə məhkəmələrdə jurnalistlər üçün mübahisə imkanları yaranacaq. Hələlik həmkarların həbsi və ya onların şərti həbsi barədə məhkəmə qərarının qəbulu təhlükəsi mövcuddur, işin məhkəmə qərarının çıxarılmasına kimi davam etdirilməsinə ehtiyac yoxdur” – deyə o, vurğulayıb.

 

    Əlavə edək ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov da tərəfləri barışdırmaq üçün Rauf Arifoğluya açıq məktub yazaraq, xüsusi ittiham qaydasında iddiasını geri götürməyə çağırmışdı.

 

    Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının “Millətim” qəzetinin 3 iyun tarixli sayında verdiyi müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edən R.Arifoğlu cavabdehin Cinayət Məcəlləsinin 147.1 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasının istəmişdi.  

 

    Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1992-ci ildən fəaliyyət göstərir və gündəlik çap olunur. “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

 

Previous Post

ATƏT VƏ MƏTBUAT ŞURASININ TƏŞKİLATÇILIĞI İLƏ DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

MEDİA MONİTORİNQİ İNSTİTUTU AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT GÖNDƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.