ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Dünən  (22  oktyabr) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.
“Eynullaya hələ də ad günü münasibətilə  Avropanın  müxtəlif  ölkələrindən  çoxlu təbrik və dəstək  məktubları gəlməkdə davam edir ” – deyə Emin Fətullayev bildirdi.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Previous Post

HƏRBİ JURNALİST ORDUDAN QANUNSUZ QOVULDUĞUNU İDDİA EDİR

Next Post

TAPDIQ FƏRHADOĞLU AHMET DAVUTOĞLUNUN MƏTBUAT KONFRANSINA BURAXILMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.