TAPDIQ FƏRHADOĞLU AHMET DAVUTOĞLUNUN MƏTBUAT KONFRANSINA BURAXILMAYIB

Dünən (22oktyabr) “Hyatt Regency” otelində Türkiyənin xarici işlər Naziri Ahmet Davutoğulunun keçirdiyi mətbuat konfransına “Turan” informasiya agentliyinin müxbiri Tapdıq Fərhadoğlu (Quliyev) buraxılmayıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən T.Quliyevin sözlərinə görə, onun adı əvvəlcədən siyahıda olsa da A.Davutoğlunun nümayəndə heyətindən olan şəxs onun konfransa girməsinə icazə verməyib.    “Davutoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin özünü təqdim etməyən üzvü, çox güman ki, mətbuatla əlaqələrdə məsul şəxs dedi ki, “Turan”ın müxbirinin mətbuat konfransında iştirakı “mümkün deyil”. Bu zaman o, heç bir izahat vermədi” – deyən T.Fərhadoglu vurğuladı ki, onun əvəzinə görüşə  başqa informasiya agentliyinin nümayəndəsi buraxılıb. Jurnalist onu da qeyd etdi ki, bu hərəkətlə onlar ayrı – seçkiliyə yol veriblər və mənə qarşı bir təxribat xarakterli addım atıblar.a
Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU TİNA KAYDANAUYA MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.