AUDİO BLOQÇULUQLA BAĞLI TƏLİM KEÇİRİLƏCƏK

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 16,17, 18 iyul il tarixlərində audio bloqçuluqla maraqlanan gənclər üçün təlim təşkil edir. 3 gün davam edəcək təlim İREX və İnternational Media Support təşkilatının dəstəyi ilə həyata keçirilir.

Təlim zamanı iştirakçılar aşağıdakı biliklərin praktik sahibi olacaqdır.
– Audio bloqçuluq/ Podcasting.
– Audio reportajların hazırlanması.
– Audio təqdimatların hazırlanması.
– Mikrofonla iş
– Auido montaj
– səsin və tələffüzün düzgün qurulması

Təlimdə Bakıdan və Azərbaycanın digər regionlarından olan bloqçular, jurnalistlər və audionun imkanları ilə maraqlanan şəxslər iştirak edə bilərlər. Regionlardan olan şəxslərin nəqliyyat xərcləri ödəniləcək. Audio bloqçuluq/podcastinq təlimi peşəkar təlimçilər tərəfindən keçiriləcəkdir.

Təlim 3 gün (16, 17, 18 iyul tarixlərində)  saat 10:00-dan 17:00-dək davam edəcək. Seçilmiş şəxslər tam təlim müddətində iştirak etməlidirlər.
İştirak etmək arzusunda olan şəxslər  CV-lərini  14 iyul tarixində qədər mmtraning@gmail.com adresinə göndərə bilərlər. Üstünlük Azərbaycanın regionlarından olan gənclərə veriləcək.

Əlavə məlumat üçün 408-75-30 nömrəsinə zəng edə bilərsiniz.

Previous Post

AZƏRBAYCAN İNTERNET FORUMUNUN PREZİDENTİ OSMAN GÜNDÜZ İLƏ MÜSAHİBƏ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.