AVROPA YAYIM BİRLİYİNİN BAŞ ASSAMBELYASININ SESSİYASINDA AZƏRBAYCANDA SÖZ AZADLIĞI İLƏ BAĞLI MÜZAKİR

Bu gün (1 iyul) Bakıda Avropa Yayım Birliyinin (AYB) Baş Assambleyasının 64-cü sessiyası öz işinə başlayıb. Sessiya zamanı Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı panel təşkil edilib.

Paneldə çıxış edən Media Mərkəzinin rəhbəri Gülnarə Axundova Azərbaycandakı jurnalistlərin peşəkarlığının aşağı olduğunu, xeyli sayda qəzetlərin çap olunduğunu, yerli telekanallar və radiolarla yanaşı xarici radiostansiyaların fəaliyyət göstərdiyini bildirdi. Bununla belə bir baş redaktorun, 2 bloggerin həbsdə olduğu, məlumat əldə etmək sahəsində problemlərin mövcudluğu da qeyd edildi. Axundova Azərbaycanda söz azadlığının ümumiyyətlə olmamasını söyləyə bilməyəcəyini vurğuladı. Daha sonra çıxış edən blogger Əli Novruzov media azadlığı ilə bağlı vəziyyətin elə də ürəkaçan olmadığını bildirdi.

 

Novruzov bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsi ilə bağlı sessiya iştirakçılarına əlavə məlumat verdi, YouTube-da yerləşdirilmiş hakimiyyəti tənqid edən satirik video rolikin onların həbsinin əsas səbəbi olduğunu vurğuladı. Paneldə sonuncu olaraq çıxış edən ATƏT-nin Media Azadlığı üzrə keçmiş Nümayəndəsi Mikloş Haraşti G. Axundovanın xarici radiostansiyalarla bağlı qeydinə münasibət bildirdi. Haraşti Azadlıq, BBC və Amerikanın Səsi radiolarının yerli FM tezliklərdə yayımına qadağanın qoyulduğunu və əslində onların fəaliyyətinin xeyli dərəcədə məhdudlaşdırıldığını qeyd etdi. O çıxışında bir müddət əvvəl Azərbaycanda həbsdə olmuş jurnalistlərin sayının çox olduğunu və onların saxta ittihamlarla həbs edildiyini vurğuladı.

 

Sessiyanın ilk gününün sonunda iştirakçıların AYB tərəfindən qəbul ediləcək yekun sənədi ilə bağlı fikirləri soruşuldu. Bir sıra texniki təkliflərlə yanaşı Azərbaycanda “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin və 2 bloggerin adlarının bu sənədə daxil edilməsinin vacibliyi ilə bağlı təkliflər də səsləndirildi. Yekun sənədin sabah qəbul ediləcəyi gözlənilir.      

 

Previous Post

RAMİZ MEHDİYEVİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

“AZAD AZƏRBAYCAN” TELEVİZİYASININ MÜXBİRİ FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.