Bu gün (25 noyabr) Bakı Apellyasiya məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə “Viləşçay” Su Anbarının direktoru Ağabəy Ağayevin “Ayan” qəzetinə qarşı qaldırdığı iddia üzrə Nəsimi rayon məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
C.Ələsgəroğlu digər cavabdehlər – məqalə müəllifi Vasif Turan (Soltanov) və həmin dövrdə qəzetin baş redaktoru olmuş Sadiq Nəbiyevin prosesdə iştirak edə bilmədikləri üçün prosesin təxirə salınması ilə bağlı vəsatət qaldırdı.
Hakim vəsatəti təmin edərək növbəti prosesi 2 dekabr saat 15:15-ə təyin etdi.
Xatırladaq ki, Heydər Əliyev adına “Viləşçay” Su Anbarının direktoru Ağabəy Ağayev “Ayan” qəzetində dərc olunmuş “1000 nəfərin həyatı təhlükədədir” başlıqlı yazıda gedən fikirləri böhtan hesab edərək qəzetin 50 min manat cərimə edilməsi və təkzib verməsi ilə bağlı iddia qaldırmışdı. Lakin Nəsimi rayon məhkəməsinin 9 oktyabr tarixli qərarına əsasən iddia əsassız hesab edilərək, təmin olunmamışdı. İddiaçı tərəf qərarla razılaşmadığı üçün apellyasiya şikayəti verib.