NOVRUZƏLİ MƏMMƏDOVUN DİAQNOZU İLƏ MÜALİCƏSİNİN ADEKVATLIĞININ TƏYİN OLUNMASI İLƏ BAĞLI EKSPERTİZA TƏ

Bu gün (25 noyabr) Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Məryəm Məmmədova və Emil Məmmədovun “Tolışi-sədo “ qəzetinin baş redaktoru Novruzəli  Məmmədovun ölümü ilə bağlı Maliyyə  Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş  İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində hakim Şirinov İkram iddiaçının vəkili R. Məmmədovun verdiyi vəsatətlər üzrə çıxarılmış qərardadları elan etdi.

Qeyd edək ki, iddiaçının vəkili R. Məmmədov N.Məmmədovun tibbi kartında yer alan imzaların 15 saylı cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsinin rəisi Kamal Rüstəmova məxsus olmadığını, imzalar arasında fərqlərin olduğunu deyərək, bununla bağlı xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırmışdı. Lakin məhkəmə bu vəsatəti təmin etmədi.

Bundan başqa iddiaçının vəkili R. Məmmədov mərhum N. Məmmədova qoyulmuş diaqnoz ilə edilmiş müalicənin adekvatlığını müəyyən etmək üçün tibbi ekspertiza keçirilməsi üçün vəsatət qaldırmışdı. Vəkil R. Məmmədovun bu vəsatəti təmin edildi. Hakim bildirdi ki, ekspertiza səbəbilə işin icraatı müvəqqəti olaraq dayandırılır.

Qeyd edək ki, Məryəm Məmmədova və Emil Məmmədov Nizami rayon məhkəməsinin 06 fevral 2009-cu il tarixli, 6(007)-7/09 saylı  qərarı ilə cavabdehlərin üzərinə qoyulmuş, mərhum Novruzəli Xanməmməd oğlu Məmmədovun müayinə və müalicə olunması vəzifələrinin icra olunmamasını (hərəkətsizliyi) yaşamaq hüququnun pozuntusu kimi  qanunsuz hesab edilməsini, həmçinin cavabdehlərin hərəkətsizliyi nəticəsində onlara dəymiş mənəvi ziyana görə 3.000.000 manat məbləğində təzminat ödənilməsini istəyirlər.

Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

“AYAN” QƏZETİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Next Post

SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ MƏRKƏZİ HESABAT AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.