AZƏRBAYCANLI JURNALİSTLƏRƏ MÜKAFAT TƏQDİM OLUNUB

Dünən (19 may) Hamburq şəhərində Gerd Buserius adına “Şərqi Avropada azad mətbuat” mükafatının təqdimetmə mərasimi keçirilib. Qeyd edək ki, Azərbaycandan bu mükafata müstəqil  jurnalist Şahvələd Çobanoğlu və “ANTV on-line” internet-televiziyası layiq görülüblər.

“Turan” informasiya agentliyinin məlumatına görə, Şahvələd Çobanoğluya mükafat təqdim olunsa da, gənc bloqçular həbsdə olduqlarından mükafat “ANTV on-line”nın nümayəndəsinə verilib. Qaliblərin hər birinə 10 000 avro məbləğində mükafat təqdim olunub.
2000-ci ildən “Zite-Ştivtunq” fondu Gerd Buserius adına həvəsləndirici mükafatları şərqi Avropanın keçid dövrü yaşayan ölkələrinin mətbuat, söz azadlığı və liberal vətəndaş cəmiyyəti uğrunda mübarizə aparan jurnalistlərinə təqdim edir. 2004-cü ildən fond bu mükafatı Norveçin “Azad söz” fondu ilə birgə təqdim edir.
Əvvəllər Azərbaycandan bu mükafatı Turan agentliyi, “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov, “Azadlıq” qəzeti, “Bizim yol” qəzetinin icmalçısı Natiq Cavadlı alıb.

Previous Post

DİASPORA KOMİTƏSİNİN LOBBİÇİLİK FƏALİYYƏTİ TƏNQİD EDİLDİ

Next Post

ANDRES HERKEL EYNULLA FƏTULLAYEV VƏ BLOGERLƏRİN AZAD EDİLMƏSİNİ İSTƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.