“AZADLIQ” QƏZETİNİN REDAKTORU BAŞ PROKURORLUĞA ÇAĞIRILIB

Dünən (13 may) “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov Respublika Prokurorluğuna çağırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) S. Şərifovun özü məlumat verib.

O bildirib ki, prokurorluğa çağırılmasının səbəbi “Azadlıq” qəzetinin 13 may tarixli sayında Sabirabadda baş verən təbii fəlakət zamanı 30 nəfərin itkin düşməsi ilə bağlı dərc olunan məlumat olub. Redaktoru qəbul edən Baş prokurorun birinci müavini Rüstəm Usubov dərc edilmiş məlumatla bağlı araşdırma aparıldığını bildirərək, xəbərin öz təsdiqini tapmadığını deyib. Redaktor öz növbəsində məlumatın istinad mənbəyinin  pia.az xəbər portalı olduğunu qeyd edib. O, “Azadlıq” qəzetinin rəsmi xəbərdarlıq almasını, eləcə də qəzetin növbəti sayında məlumatın təkzib edilməsi barədə xahiş edildiyini qeyd edərək, prokurorluqda ona qarşı hər hansı təzyiqin olmadığını bildirib.

Xatırladaq ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

“KİV-DƏ MÜƏLLİFLİK HÜQUQU: PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

HAKİM RATİ-NİN ƏMƏKDAŞLARINI MƏHKƏMƏ ZALINA BURAXMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.