Prosesinin gedişi barədə məhkəmədən sonra RATİ əməkdaşlarına Q. Zimistanoğlu məlumat verib.
Prosesdə iddiaçı İslam Ələsgər və cavabdehlərdən Qabil Zimistanoğlu, “Qanun” nəşriyyatının nümayəndəsi Müzəffər Baxışov iştirak ediblər.
İddiaçı İslam Ələsgər müstəqil jurnalist Q. Zimistanoğlunun “Aşıq Ələsgər. Bütün əsərləri” adlı kitabının 2008-ci ildə “Qanun” nəşriyyatında çap etməklə plagiatlığa yol verməsi və müəlliflik hüququnun pozulmasını qanunsuz hal kimi dəyərləndirdiyini bildirib.
Q.Zimistanoğlu isə kitabı çap etməklə heç bir qanun pozuntusuna yol vermədiyini deyib və qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edib.
Hakim E. Mehdiyev prosesi 21 may saat 16:00-a təyin edib.
Xatırladaq ki, iddiaçı Qabil Zimistanoğlunun tərtib etdiyi və “Qanun” nəşriyyatında çap edilmiş “Aşıq Ələsgər. Bütün əsərləri” adlı kitabın nəşri nəticəsində müəlliflik hüquqlarının pozulduğunu iddia edərək, cavabdehlərin hər birindən 10.000 (on min) manat təzminat ödəməsini iddia edir.