“AZADLIQ” RADİOSUNUN AZƏRBAYCANDAKI FƏALİYYƏTİ TƏNQİD OLUNUB

Mətbuatın yaydığı məlumata görə, dünən “Azadlıq və Azad Avropa” radiosunun prezidenti Cefri Gedmin Azərbaycanın Qadın Jurnalistləri Asossasiyasının üzvləri ilə görüşüb.

Görüşdə Azərbaycanda söz və mətbuat azadlığından narahat olduğunu bildirən Gedmin prezident İlham Əliyevdə görüşdə “Azadlıq” radiostansiyasının Azərbaycandakı fəaliyyətinin tənqid olduğunu qeyd edib. Belə ki, Əliyev Azərbaycan xidmətlərinin reportajlarını balansı pozulmuş, ədalətsiz və qərəzli kimi qiymətləndirib. Və radiostansiyanın efirində müxalifət nümayəndələrinə daha çox yer ayrıldığı bildirərək narazılığını ifadə edib. Gedmin isə monitorinq aparanlar və radiostansiyanın ekspertləri ilə görüş keçirilməsi təklifi ilə çıxış edib. Və günahlarının olduğu təqdirdə öz  səhvlərini etiraf edəcəklərin də vurğulayıb. İlham Əliyev Gedminə “bəlkə bizə ümumiyyətlə radiosatnsiya lazım deyil” deyə sualla müraciət edib. Bu sualı izahsız qoyan Gedmin radiostansiyanın Azərbaycan xidməti fəaliyyətini davam etdirdiyinə görə, Azərbaycan hökuməti ilə münasibətlərin hazırkı səviyyəsindən razı olduğunu bildirib. Daha sonra Gedmin jurnalistlərin ağar şəraitdə işləməsinə də münasibət bildirib: “Radionun Naxçıvan bölməsinin əməkdaşına qarşı cinayət işi qaldırılıb. Ölkə başçısına mesajımız ondan ibarətdir ki, həm bizim, həm də bütün başqa jurnalistlər üçün iş şəraiti yaradılmalıdır”. 
Previous Post

BAŞ REDAKTORUN CƏZALANDIRILMASININ SƏBƏBLƏRİ AÇIQLANIB

Next Post

MİKLOŞ HARAŞTİ AZƏRBAYCANDA JURNALİSTLƏRİN SOVET ÜSULLARI İLƏ HƏBS EDİLDİYİNİ DEYİB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.