MİLLƏT VƏKİLLƏRİ PARLAMENTDƏ ZAHİDOVUN AZADLIĞA BURAXILMASI İLƏ BAĞLI MƏSƏLƏ QALDIRIBLAR

Day.az saytının  məlumatına görə, Milli Məclisin bu günkü iclasında millət vəkilləri “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun məhkəmə işi ilə bağlı məsələ qaldırıblar.

Millət vəkili Pənah Hüseyn çıxışında bildirib ki, dövlət ittihamçısının məhkəmədən Qənimət Zahidova 5 il müddətinə iş kəsilməsini istəməsi Azərbaycanda ədalətli məhkəmə sisteminə və insan haqlarına vurulan zərbədir. Millət vəkilinin fikrincə, bu  yolverilməzdir  və baş redaktor azadlığa buraxılmalıdır.  
  Bu məsələyə digər millət vəkili Cəmil Həsənli də öz münasibətini bildirib. O vurğulayıb ki, “həbs edilmiş jurnalistlərdən ikisinin eyni ailədən olduğunu nəzərə alsaq, bu sahədə vəziyyətin pis olduğunu deyə bilərik. Mən Qənimət Zahidovun məhkəmə prosesində iştirak etmişəm və əminliklə deyə bilərəm ki, bu iş tamamilə qurmadır”.

Previous Post

“AZERCELL” POLİSİN GÖNDƏRDİYİ SORĞUDAKI SUALLARI CAVABLANDIRMAYIB

Next Post

MƏNBƏYƏ ÇIXIŞIN OLMAMASI AZƏRBAYCAN JURNALİSTİKASININ ƏSAS PROBLEMLƏRİNDƏN BİRİDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.