
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Səlahiyyətli Nümayəndəsi Çingiz Əsgərov, Avropa Şurasının Bakı ofisinin rəhbəri Konstantin Yerokostopolos, Avropa İttifaqının Bakıdakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia, Avropa Şurası Media Divizionundan Leyla Dervisacic və Hüquqi Müdafiə və Maarifləndirmə” Cəmiyyətindən Xalid Ağaliyev tədbiri açıq elan edib.
Çıxış edənlər seminarın hakimlərin bundan sonra çıxaracaqları qərarların daha da əsaslandırılmış, daha da hüquqları təmin edən olmasına tövhə verəcəyinə ümid etdiklərini bildiriblər. Həmçinin bildiriblər ki, təlimin məqsədi azərbaycanlı hakimlərin öz təcrübələrini bölüşməsi və qonaqların təcrübəsi barədə məlumat almasıdır. Seminar iki gün davam edəcək.