BAŞ POLİS İDARƏSİ REDAKTORUN MÜRACİƏTİNİ ARAŞDIRIR

Sentyabrın 13-də “Ölkə” qəzetinin təsisçisi Xəzər Teyyublunun 90 FE 461 dövlət nömrə nişanlı avtomobili  Qaradağ  rayonunun Lökbatan qəsəbəsi yaxınlığında hərəkət edərkən Yasamal rayon Polis İdarəsinin əməkdaşı Müşfiq Əfəndiyevin idarə etdiyi 10 NX 258  VAZ 2107 markalı avtomobili tərəfindən vurulub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən sözügedən qəzetin baş redaktoru Rəfail Becanovun sözlərinə görə, polis zabiti hərəkətinə bəraət qazandıraraq, jurnalistə hədə-qorxu gəlməkdən çəkinməyib.

 O, baş verən hadisə ilə bağlı sentyabrın 14-də daxili İşlər naziri Ramil Usubova müraciət etdiyini də bildirdi: “Müraciətdə Müşfiq Əfəndiyevin polis zabiti adına xələl gətirən hərəkəti və vətəndaşa hədə-qorxu gəlməsi, qəzet təsisçisi ilə kobud davranışı ilə bağlı tədbir görülməsi nazirdən xahiş olunur. Bir neçə gün bundan əvvəl DİN-dən cavab gəlib və müraciətin Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ)  göndərildiyi bildirilib. Burada iş idarənin əməkdaşı Arif Rzayevə tapşırılıb”.

BŞBPİ-nin əməkdaşı A. Rzayevin RATİ-yə bildirdiyinə görə, müraciətlə  bağlı araşdırma davam edir və araşdırma başa çatandan sonra qəzetə yazılı şəkildə cavab veriləcək.

Previous Post

AZAD DALĞALAR LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ İLK DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

AZƏRBAYCANDA İLK İNTERNET TV FƏALİYYƏTƏ BAŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.