Bayram Məmmədova verilmiş rüsvayçı 10 il həbs cəzası ölkədə ədalətsizliyin tüğyan etməsinin göstəricisidir

bayram

Azərbaycanlı gənc fəal Bayram Məmmədovun gülünc ittihamlarla on müddətinə azadlıqdan məhrum edilməsi hədsiz ədalətsizlik və ifadə azadlığı hüququnun kobudcasına pozulmasıdır – deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bugünkü bəyanatında bildirib.

Bayram Məmmədova qarşı çıxarılan hökm digər gənc fəal Qiyas İbrahimovun dinc fəallığı ilə bağlı olan ittihamlarla on ildən artıq müddətə azadlıqdan məhrum edilməsindən qısa müddət sonraya təsadüf edir. Hər iki gənc 2016-cı ilin may ayında Azərbaycanın keçmiş prezidentinin heykəli üzərində qrafiti çəkdiyinə görə həbs olunub.

“Bayram və Qiyas faktiki olaraq Azərbaycanda şəxsiyyətə pərəstişi tənqid etdiklərinə görə cəzalandırılıblar. Bu cür qəddar həbs cəzaları hakimiyyətin ədalət mühakiməsinə açıq-aşkar hörmətsizliyinin daha bir sübutudur,” deyə RATİ-nin baş icraçı direktoru Emin Hüseynov vurğulayıb.

Ötən ay, Azərbaycanın ali məhkəməsi müxalif siyasətçi İlqar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icra edilməsi ilə bağlı ölkənin hüquqi öhdəliyini yerinə yetirilməyib. Bundan dərhal sonra verdiyi bəyanatında Avropa Şurasının Baş Katibi Azərbaycanın “Avropa İnsan Hüquqları Konvensiyasına kobud hörmətsizliyini” pisləyib.

Baş verənlər ölkənin onsuz da narahatedici insan hüquqları durumunun daha da pisləşəcəyindən xəbər verir. RATİ ABŞ-da “İnsan Hüquqları üzrə Hesabatlılıq barədə Qlobal Maqnitski Aktı”nın qəbulunu alqışlayır. Qlobal Maqnitski Aktı ABŞ hökumətinə bütün dünyada insan hüquqlarını kobudcasına pozan (ABŞ vətəndaşı olmayan) şəxslərə qarşı aktivlərin dondurulması və viza qadağaları kimi sanksiyaları tətbiq etməyə imkan verəcək.

“Prezident İlham Əliyevin repressiv rejiminin hakimiyyəti dövründə jurnalistlərin, bloggerlərin və fəalların həbsi və onlara qarşı zorakılığa görə cəzasızlıq geniş vüsət alıb,” deyə Emin Hüseynov bildirib. “Qlobal Maqnitski Aktının ABŞ Prezidenti tərəfindən imzalanmasından sonra onun tətbiqinə başlamaq üçün ən yaxşı yerlərdən biri Azərbaycan ola bilər.”

Bundan başqa, RATİ beynəlxalq ictimaiyyəti Azərbaycanda insan hüquqlarının pozulmasına görə cəzasızlıq və qanunun aliliyinin təmin olunmaması problemini prioritet məsələyə çevirməyə çağırır.

Ölkədə baş verən pozuntuların ciddiliyini və beynəlxalq ictimaiyyət tərəfindən daha kəskin addımların atılmasına olan ehtiyacı nəzərə alaraq, RATİ BMT İnsan Hüquqları Şurasını Azərbaycan üzrə Xüsusi Məruzəçi mandatının yaradılmasını dəstəkləməyi nəzərdən keçirməyə çağırır.

Avropa Şurasına üzv dövlətlər Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsinə (Avropa Şurasının hər bir üzvü qanunun aliliyi və onun yurisdiksiyası çərçivəsində insan hüquqları və əsas azadlıqlarından bütün şəxslərin bəhrələnməsi prinsiplərini qəbul etməli və I fəsildə müəyyənləşdirildiyi kimi, Şuranın məqsədinin səmimi və səmərəli şəkildə həyata keçirilməsi sahəsində əməkdaşlıq etməlidir) əməl etməməsinə görə Azərbaycanı cavabdeh tutmalıdırlar.

Azərbaycan hakimiyyəti dərhal və qeyd-şərtsiz olaraq Bayram Məmmədov və Qiyas İbrahimovu azadlığa buraxmalı, onların cəzalarını və məhkumluqlarını ləğv etməlidir. Hakimiyyət 144 siyasi məhbusa qarşı bütün siyasi motivli ittihamları dərhal ləğv etməli və onları qeyd-şərtsiz azad etməlidir.
Eyni zamanda, RATİ beynəlxalq donorları, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankını siyasi məhbusların hökumət tərəfindən azad olunmadığı və vətəndaş cəmiyyətinə qarşı basqılara son qoyan real islahatların həyata keçirilmədiyi müddətdə Azərbaycanda heç bir təşəbbüsü dəstəkləməməyə çağırır.

Previous Post

Yazıçı jurnalist Rafiq Tağının açılmamış qətlinin beşinci ildönümü ilə bağlı Bəyanat

Next Post

AXCP sədrinin müşaviri həbsdə saxlanıldı

Start typing to see posts you are looking for.