BEYNƏLXALQ JURNALİSTLƏR FEDERASİYASININ TƏMSİLÇİLƏRİ AZƏRBAYCANDA MEDİANIN DURUMUNU ARAŞDIRIBLAR

Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təmsilçiləri Oliver Money Kirle və Adrien Kollin iyun ayının 23-dən 30-na kimi Azərbaycanda səfərdə olublar.

BJF-nin Azərbaycan üzrə təmsilçisi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri (JuHİ) Müşfiq Ələsgərli bildirib ki, BJF təmsilçilərinin səfərinin  məqsədi  Azərbaycanda medianın durumu ilə bağlı obyektiv araşdırma aparmaqdan ibarət olub. Bu məqsədlə onlar Prezident Aparatında (media sektorunda), Böyük Britaniyanın Azərbaycandakı səfirliyində, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Media departamentində, Avropa Komissiyasının Azərbaycan nümayəndəliyində, Azərbaycan Mətbuat Şurasında, Demokratik Jurnalistlər Liqasında, Beynəlxalq Avrasiya Mətbuat Fondunda, həmçinin, müxtəlif jurnalist təşkilatları və KİV redaksiyalarında görüşlər keçiriblər.

 
Qonaqlar həmçinin, BJF-nin  Avropa Komissiyasının maliyyə yardımı ilə Azərbaycanda həyata keçirdiyi “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan”  layihəsi çərçivəsində görülən işlərlə maraqlanmış, layihə çərçivəsində gerçəkləşdirilən “Həmkarlar təşkilatları təlimləri”ndə iştirak etmişlər.

 

Ələsgərli qeyd edib ki, BJF təmsilçilərinin növbəti iki ildə intensiv şəkildə Azərbaycana gəlişi və media ilə bağlı proseslərə aktiv şəkildə qatılmaları razılaşdırılıb.  

 

Previous Post

BAKI APELLYASİYA MƏHKƏMƏSİ RATİ-NİN ELMİN BƏDƏLOVUN MƏHKƏMƏSİ İLƏ BAĞLI MÜRACİƏTİNİ CAVABLANDIRIB

Next Post

TELEJURNALİST MƏTBUAT KONFRANSI KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.