BÜTÜN JURNALİSTLƏR ƏFV EDİLMƏDİ

Bu gün dövlət başçısı İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında fərman imzalayıb.

Əfv olunan məhkumların yalnız beşi jurnalistdir. Bunlar “Müxalifət” qəzetinin baş redaktoru Mahmudov (Kəbirli) Rövşən və həmin qəzetin əməkdaşı Yaşar Ağazadə, “Nota bene” qəzetinin əməkdaşı Fərəməz Allahverdiyev, “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu və həmin qəzetin əməkdaşı Rafiq Tağıdır. Həbs edilmiş jurnalistlərdən – “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, “Azadlıq” qəzetinin əməkdaşı, jurnalist satirik Sakit Zahidov (Mirzə Sakit), “Bizim Yol” qəzetinin əməkdaşı Müşviq Hüseynov və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov əfv edilməyib.
Previous Post

EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİ DAVAM EDİR

Next Post

aSDADFASFASDFASDFA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.