EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİ DAVAM EDİR

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdin Abdinbəyovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsindən verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

      E.Fətullayevin vəkili İsaxan Aşurov çıxış edərək, bildirib ki, “E.Fətullayevə qarşı üst-üstə 22 ittiham irəli sürülüb. Bu iddaların hamısı Azərbaycan Kostitusiyasının 47-ci və Avropa İnsan Haqqları Konvensiyasınını 10-cu məddəsini pozur”.

      Daha sonra çıxış edən E. Fətullayevin özü qeyd edib ki, Azərbaycanın dövlət məmurları həbsdə olan jurnalistləri təhqir edirlər: ”konkret olaraq Əli Həsənov çıxışında bildirib ki, həbs olunan jurnalistlərin heç biri peşə fəaliyyətinə görə həbs olunmayıb. Bu bizə qarşı təhqirdir. Mənim özümlə yanaşı əqli mülkiyyətim həbs olunub. Müsadirə edilmiş kompüterlərdən birində bizim arxivimiz yerləşib, burada köhnə məlumatlar, üç il ərzində toplanmış şəkillər var. Hesab edirəm ki, bizim bütün kompüterlər qaytarılmalıdır, lakin bizim millət səxavətli olduğundan kompüterlərin hamısını onlara bağışlayıram, heç olmasa həmin kompüterin prosessorunu qaytarsınlar”.

      Bundan sonra İ.Aşurov ümumi çıxış üçün hakimdən vaxt istədi. Hakim növbəti məhkəmə prosesini 08 yanvar 2008-ci il saat 14:00-a təyin etdi.

Previous Post

JURNALİSTLƏR MÜKAFATLANDIRILDI

Next Post

BÜTÜN JURNALİSTLƏR ƏFV EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.