DAXİLİ İŞLƏR NAZİRLİYİNİN İDARƏ RƏİSİ İLƏ VƏKİL ARASINDA BARIŞIQ ƏLDƏ OLUNUB

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi  Mirqafar Seyidovun Vəkillər Kollegiyasının üzvü Müzəffər Baxışova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə iş tərəflər arasında barışıq əldə olunduğundan xitam olunub.

Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu gün (11 avqust)Yasamal rayon məhkəməsindən məlumat veriblər.

 

Müzəffər Baxışov RATİ-yə açıqlamasında xəbəri təsdiqləyib və bildirib ki, dünən (10 avqust) hər iki tərəf barışıq ərizəsi ilə müraciət etdiyindən, hakim Tahir İsmayılov işə xitam verilməsi barədə qərar çıxarıb.

 

 Qeyd edək ki, iddiaya Müzəffər Baxışovun "Azadlıq" qəzetinin 4 may 2010-cu il tarixli buraxılışında Azərbaycanda son dövrlərdə işgəncə faktlarının artması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusi texnologiyalarla müxtəlif işgəncə metodlarının çox geniş şəkildə tətbiq olunması ilə bağlı verdiyi müsahibə səbəb olmuşdu. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi  Mirqafar Seyidov müsahibədə deyilənləri böhtan hesab edərək, Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) üzrə məhkəməyə müraciət etmişdi.

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ POÇT MÜƏSSİSƏSİNİN BİGANƏLİYİ NƏTİCƏSİNDƏ BEYNƏLXALQ TƏDBİRƏ QATILA BİLMƏYİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.