
02 SENTYABR SAAT 13.00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində baş verən son ölüm hadisəsi ilə bağlı naxçıvanlı jurnalist və hüquq müdafiəçiləri, habelə digər hüquq müdafiə təşkilatları və RATİ-nin təşkilatçılığı ilə müzakirə keçiriləcək.
Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.